12 oktyabr 2020 19:51
1489

Bəşər tarixinin qeyri-adi dinləri

Bəşər tarixində  iudaizm, xristianlıq və İslamdan başqa, yetərincə azsaylı  inanclar və dinlər mövcuddur. Artıq müasir dövrdə yaşasaq da, bu dinlər  ta qədimdən gələn etiqadlarını itirməyiblər. Bu qəribə və eyni zamanda, maraqlı olan dinləri sizə təqdim edirik.

Caynizm

Caynizm  Hindistanda yayılan bir dini inancdır. Burada yaşayan  5 milyon insan bu dinə sitayiş edir. Caynistlərin əsas prinsipi canlı varlıqlara zərər verməməkdir və  buna görə onlar ət yemir və heç zaman əllərinə silah götürmürlər. Bu dinin bir neçə qolu var. Caynizmin əsas qolu “şvetambari” dır (“işığa bürünmüşlər”) . Şvetambarilər heç zaman əyinlərinə paltar geyinmirlər.  Onlar bədənlərini xüsusi tənzif ilə örtürlər. Şvetambarilərin düşüncələrinə görə, xüsusi tənzif vasitəsi ilə onların bədəni nəfəs almış olur və  onlar  hansısa bir canlıya zərər verməmiş olurlar. Bu din nümayəndələrinin,  eyni  zamanda, maraqlı bir xüsusiyyəti var, bu insanlar gəzdikləri küçələri əllərindəki xüsusi süpürgə vasitəsilə təmizləyirlər. Caynizm dininə sitayiş edənlər, həmçinin  qida qəbuluna çox ciddi yanaşır və aclıqdan ölən tərəfdarlarını müqəddəsliyin zirvəsində görürlər. Caynistlər eyni zamanda,  sələmçiliklə məşğul olur və borcunu gecikdirənlərlə amansız rəftar edirlər.

Doqonlar

Afrikanın Doqon tayfasının içində qəribə bir dini inanc yayılıb. Onlar Sirius ulduzuna səcdə edirlər. Doqonların düşüncələrinə görə onların əcdadı olan yarıinsan-yarıilan olan  ilahə Nom-Mo bu ulduzun ətrafında dövr edir. Çox maraqlıdır ki, bu vəhşi tayfa məşhur astronomlardan öncə səmada iki Sirius ulduzunun mövcud olduğunu bilirdi.

Dəliçiklər

Dəliçiklər XIX əsrin ortalarında Rusiyanın Sibir bölgəsində meydana gələn  pravoslav axındır. Onlar hesab edirdilər ki, patriarx Nikonun ölümündən sonra yeni ikonaları müqəddəsləşdirən din xadimi olmayıb,  qədim ikonalar isə Tanrıya inamı olmayan insanlar tərəfindən təhrifə uğrayıb. Buna görə də dəliçiklər Şərqə tərəf dua etməyi təklif edirdilər. Onların düşüncələrinə görə, bu istiqamətdə dua edən insanları  Tanrı eşidəcək. Yay aylarında açıq sahələrdə dua edən bu insanlar, qışın soyuğunda isə  öz evlərinin şərqə baxan divarlarında deşiklər açaraq dua edirlər.

Raeliançilər

Raeliançilər  Kanada jurnalist Klod Raelin yaratdığı yeni dinlərdən sayılır. Raelin sözlərinə görə, onun doğma atası yadplanetli olub və ölümündən öncə oğluna etiraf edib ki, kosmosun dərinliklərində Yer kürəsini xilas edəcək “uçan boşqab” mövcuddur. Lakin bu “boşqab”ın Yer çatıb onu xilas etməsi üçün insanların ona inanması lazımdır. Klod Rael iddia edir ki, insanların inamı “üçan boşqab”ı idarə edir və bu inam güclü olduqca o daha tez Yerə səthinə çatacaq. Maraqlıdır ki, hazırda 50 mindən artıq insan özünü “raeliançin ” hesab edir.

Adamyeyənlər

Kanadada yaşayan bəzi hindu tayfaları adam yeyən Tanrı Baksbakualanksveyə səcdə edirlər və  bu tanrıya səcdə edərkən insan əti yeyirlər. Lakin son illərdə Baksbakualanksveyə sitayiş ayini zamanı hindular ən pis halda bir-birini dişləməklə kifayətlənirlər.

Parazitlərə səcdə edənlər

Braziliyada yaşayan  Tapirape tayfasına məxsus qəribə dini  bir inanc var. Onlar parazitlər səcdə edirlər. Tapirapelər hesab edirlər ki, dünyanı yaradan ruhların içinə birə və bit kimi parazitlər yerləşiblər. Özünü bit və birəyə bürüyən hindular hesab edirlər ki, bununla onlar bütün günahlardan təmizlənir və yaradanın səsini eşidirlər. Bu proseduru qəbul etməyən tayfa üzvləri isə ruhlar tərəfindən tərk edilmiş sayılır və  icmadan qovulurlar.

Futbolçu Maradonaya sitayiş edənlər

Bütün dünyaya tanınan futbolçu Marodanaya sitayiş edən insanlar bir dini icma yaratmışdılar. Beləliklə, bu insanlar futbolçuya olan sevgilərini göstərmiş olurdular.Onlar hətta "Maradona kilsə"si tikmişdilər və bu icmaya daxil olan hər bir insanın və övladlarının ikinci adı məhz Dieqo olmalı idi.

Konserv bankalarına sitayiş edənlər

İkinci Dünya müharibəsi zamanı Okeaniyada meydana gələn bir dini inancdır. Müharibə zamanı yaranan aclıq zamanı özləri ilə hazır  ərzaqlar gətirən amerikalı əsgərlər bu nemətlərli yerli sakinlərlə bölüşürdülər. Nəticədə Okeaniya sakinləri amerikalıların gətirdiyi konserv bankalarına sitayiş etməyə başladılar. Onların düşüncələrinə görə, konserv bankalarına inamları nə qədər güclü olarsa, göydən onlara bir o qədər çox ərzaq düşəcək. Ada sakinləri nəqliyyat təyyarələri üçün eniş meydançaları düzəldirlər və ümid edirlər ki, yük dolu təyyarələr  həmin meydançalara eniş edərək onlara ərzaq gətirəcəklər.

Samirə Tağıyeva,"İki sahil"