24 iyul 2019 12:32
597

Bolqarıstanın 4 bölgəsində “sarı” təhlükə kodu elan olunub

Bolqarıstanın dörd bölgəsində güclü yağış səbəbindən “sarı” təhlükə kodu elan olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin milli meteorologiya və hidrologiya institutu məlumat yayıb.

Pleven, Loveç, Qabrovo və Veliko-Tırnovo bölgələrində yağıntının 25-30l/m2 həcmində olması gözlənilir.