28 iyun 2020 09:37
553

Braziliyada daha 38 693 nəfərdə koronavirus aşkarlanıb

Braziliyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü

28 İyun, 2020  03:10

 

Braziliyada bir gün ərzində koronavirusa 38 693 yoluxma aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” Cənubi Amerika ölkəsinin Səhiyyə Nazirliyinə istinadən bildirib.

Qeyd edilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 313 667 nəfərə çatıb.

Son sutkada ölkədə COVID-19-dan 1 109 nəfər ölüb. Bununla da Braziliyada koronavirusdan ölənlərin sayı 57 070 nəfərə çatıb.

Qeyd edək ki, Braziliyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.