09 aprel 2020 12:13
885

Braziliyada koronavirusa yoluxanların sayı 16 minə yaxınlaşır

Braziliyada koronavirusa yoluxanların sayı 15 927-yə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Son sutka ərzində 2 156 yoluxma faktı qeydə alınıb. 

Ölkədə koronavirusdan 800 nəfər ölüb.