20 iyul 2019 10:46
720

Bu, dünya iqtisadiyyatına əhəmiyyətli zərər vura bilər - Putin

ABŞ və İranın qarşıdurması narahatlığa səbəb olur.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin bildirib.

“Bu, bizi çox narahat edir. Çünki bu, bizim sərhədlərimizə yaxın baş verir. Bu, İran ətrafında vəziyyətin stabilliyini poza, bəzi ölkələrə toxuna, əlavə qaçqın dalğasını yarada, dünya iqtisadiyyatına və energetikasına əhəmiyyətli zərər vura bilər”, - Putin Amerika rejissoru Oliver Stouna müsahibəsində deyib.