Bu gün İtaliya A seriyasında 4-cü tura start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə Milan derbisi keçiriləcək.
"İnter" öz meydanında əzəli rəqibi "Milan"ı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Hər iki komanda keçirdiyi ilk 3 oyunda qalib gələrək 9 xal toplayıb. "İnter" 1-ci, "Milan" 2-ci pillədə qərarlaşıb.