06 avqust 2020 20:09
1064

Cəlilabadda baş verən meşə yanğını söndürülüb

Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə 16 ha sahədə kol-kos və ağaclıq yanıb.

FHN-dən verilən məlumata görə, meşə zolağı yanğından mühafizə olunub, yanğın söndürülüb.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.