15 sentyabr 2020 11:14
989

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq. İlk olaraq Ukraynanın "Dinamo"su Niderland "AZ Alkmaar"ını qəbul edəcək. Daha sonra Yunanıstan PAOK-u doğma meydanda Portuqaliya "Benfika"sı ilə qarşılaşacaq.

Günün son oyununda isə Avstriya "Rapid"i Belçika" "Gent"inin qonağı olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinə sabah keçiriləcək 5 oyunla yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" Kiprin Larnaka şəhərindəki "AEK Arena"da Norveç təmsilçisi "Molde" ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

15 sentyabr Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi

21:00. "Dinamo" (Kiyev, Ukrayna) - "AZ Alkmaar" (Niderland) 22:00.

PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya) 22:30.

"Gent" (Belçika) - "Rapid" (Vyana, Avstriya)