Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Nigar Orucova

COVID-19: Müsbət dinamikanın qorunub saxlanması zəruridir

28 avqust 2020 17:05
3582

Dünyanın gündəmindən düşmək bilməyən koronavirus pandemiyası ölkələri sosial-iqtisadi sınaqlarla üz-üzə qoymaqda davam edir. Mütəxəssislər pandemiyanın yaxın müddətdə bitməsinin mümkün olmayacağı barədə fikirlər səsləndirirlər. Azərbaycanda da koronavirusla mübarizə davam edir. Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, infeksiyanın yayılmasının lokallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son zamanlar virusa yoluxma sayında müsbət tendensiyaya nail olunub. Nəticədə sərt karantin rejimindən yumşaldılmalara doğru atılan addımlar da sürətlənib.

Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə bu sahədə müsbət dinamika müşahidə olunduğunu bildirərək qeyd edib ki, bütün bu nailiyyətlərin əldə olunmasının səbəbi bu virusa qarşı vaxtında görülən tədbirlərin nəticəsidir: "Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik".

Dövlət başçısı adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycanın dünya miqyasında qabaqcıl yerlərdə durduğunu da deyib: "Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını beş dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq. Bu günə qədər modul tipli doqquz xəstəxana istismara verilmişdir. Onlardan dördü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək".

Görünən odur ki, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir və bu da vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlətin indiki çətin dövrdə də öz vətəndaşının yanında olduğunun bariz nümunəsi olan bu tədbirlər ilk növbədə dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 640 minədək işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunmasına imkan verdi. Sosial ödənişlərin davamlılığı təmin edilməklə, əsasən həssas qruplara daxil olan 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi. 600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına, məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunmasına imkan yarandı. Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə kiçik təsərrüfatlarını qurmağa başladı. 82 min ailənin 340 minədək üzvü ünvanlı dövlət sosial yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işləri aparılır. Pandemiya ərzində həyata keçirilən sosial yardən layihələrindən biri də aztəminatlı ailələrə mənsub olan tələbələrə yardımdır. Ümumilikdə 176.000 tələbədən 113 min nəfəri ödənişli əsaslarla oxuyur. 15209 nəfər aztəminatlı ailələr olan tələbələrə ümumilikdə 13 milyon manat dövlət yardım edib.

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlərə, virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını təsdiq edir. Azərbaycan dövləti hər bir vətəndaşının iqtisadi problemlərinin həlli uğrunda var gücü ilə səy göstərir. Görülən tədbirlər ölkəmizdəki xalq-iqtidar tərəflərinin gücünü bir daha nümayiş etdirdi.

Dövlət bütün qabaqlayıcı tədbirləri həyata keçirdikdən sonra bu tədbirlərin təsirliliyi əsasən cəmiyyətin həmin tədbirlərə olan münasibətindən irəli gəlir. Yoluxma hallarının sayının artmaması üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməlidir. Vətəndaşlarımız vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özlərini və ətrafdakıları qorumalıdır.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?