19 aprel 2019 16:48
1219

DİM-də ekspert heyəti ilə görüş

Dövlət İmtahan Mərkəzində (DİM) "BP Azərbaycan" şirkətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Ümumtəhsil müəssisələrində informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində ekspert heyəti ilə görüş keçirilib.

Görüşdə Beynəlxalq Təlim və Layihə Mərkəzindən layihənin meneceri Tariyel Dövlətov, Azərbaycan Respublikasının Təhsil İnstitutundan layihənin meneceri Ülkər Zaidzadə, aparıcı ekspert Etibar Seyidzadə, ADA Universitetinin professoru Abzətdin Adamov, ekspertlər Naidə İsayeva, Əli Həsənov, DİM-dən şöbə müdiri Afiqə Batıyeva, sektor müdiri Günay Rüstəmzadə, fənnin kuratoru Samir Hüseynli və ekspertlər fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İsmayıl Qafarov, texnika üzrə fəlsəfə doktoru Zaur Hacıyev iştirak ediblər.

Görüşdə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən hazırlanmış 10-cu sinif şagirdləri üçün “İnformatika” dərs vəsaitinə DİM-in ekspertlərinin ilkin rəyinin müzakirəsi aparılıb.

Növbəti həftədə DİM-in ekspertləri tərəfindən hazırlanmış yekun rəy formalaşdırılacaq və "BP Azərbaycan" və Beynəlxalq Təlim və Layihə Mərkəzinə təqdim ediləcək.