30 noyabr 2020 21:46
1215

Dişlərin sağlamlığı üçün təbii və effektiv məsləhətlər

Ağız və diş sağlamlığı orqanizmimizin bir çox sistemlərinin düzgün işləməsi üçün çox vacibdir. Düzgün və müsbət təsirli bir diş baxımı ortaya çıxa biləcək bir çox mənfi halların qarşısını alır. Bundan əlavə, gözəl bir təbəssümün olmasının bir çox müsbət təsirləri var. Evdə asanlıqla tətbiq edə biləcəyiniz təbii qulluq vasitələri ilə dişlərinizi qoruya və daha sağlam təbəssüm əldə edə bilərsiniz. Dişlərin sağlamlığı baxımı üçün təbii və təsirli metodları təqdim edirik.

Fırçalama dişlərin sağlamlığı üçün vacibdir

Sağlam dişlərə sahib olmağın ilk və ən vacib qaydası onları gündə iki dəfə fırçalamaqdır. Bütün səhiyyə işçiləri tərəfindən də qəbul edilən bu üsulla gün ərzində dişlərinizdə yığılan və həm çürüməyə, həm də diş daşına səbəb olan bir çox maddələrin təmizlənməsi mümkündür. Bununla birlikdə, dişlərinizi fırçalayarkən fırça və məcunun da əhəmiyyəti çox böyükdür. Mağazalarda  tapa biləcəyiniz təbii maddələrdən hazırlanmış fırçalardan istifadə etməli və  təbii tərkibli məcunlar seçməlisiniz.

Limon və soda seçə bilərsiniz

Ən təbii diş təmizləyicilərindən biri limon və soda qarışığıdır. Bu iki maddəni qarışdıraraq fırçanızın köməyi ilə dişlərinizi təmizləyə bilərsiniz. Ancaq hər ikisində asid olan bu maddələrdən hər gün istifadə etmək zərərli ola bilər. Bu üsulu həftədə bir dəfə və ya ən çox iki dəfə tətbiq etmək kifayətdir.

Diş həkiminizi ziyarət etməyi unutmayın

Təbii bir üsul olmasa da, diş sağlamlığının ilkin qaydası diş həkiminizə mütəmadi olaraq baş çəkməkdir. Diş həkimi sağlamlığınız üçün lazımi yoxlamaları aparacaq və bir çox yaranacaq mənfi halların qarşısını alacaq..

Dişləri ağartmaq üçün  banan qabığı və çiyələk

Digər təbii diş baxımı üsulu çiyələk və banan qabığıdır. Üst qatlarının quruluşuna görə diş daşlarını təmizləmək və ağartmaq üçün istifadə edilən bu ikili ilə dişlərinizə zaman-zaman qulluq edə bilərsiniz. Bu iki qarışım ilə müalicədən sonra dişlərinizi yaxşı təmizlənməsinə laqeyd yanaşmayın.

Zərərli  və rəngli maddələrdən çəkinin

Dişlərinizə qulluq edərkən eyni zamanda, onlara zərər verəcək maddələrdən də uzaq olmağı unutmayın.  Məsələn, siqaret, çay və qəhvə kimi bir çox maddə, xüsusən də dişlərinizin rəngini dəyişdirərək sağlamlığınıza zərər verir. Diş minasını da ləkələyən bu maddələrdən istifadə edərkən diş sağlamlığınıza zərər gələcəyini xatırlayın.

Güclü dişlər üçün çox miqdarda kalsium

Mütəmadi olaraq gündəlik diş baxımı etsəniz də dişlərinizi gücləndirəcək əsas olan pəhrizinizdir. Dişlərinizi möhkəmləndirəcək və sağlamlığını qoruyacaq süd, qatıq və pendir kimi kalsiumla zəngin qidaları istehlak edin. Fındıq və qoz kimi sərt qabıqlı qidaları dişlərinizlə qırmağa çalışmayın.

Yaddan çıxarmayın ki, sağlam dişlərə sahib olmaq sizin əlinizdədir.

Samirə İsmayılova, “İki sahil”