18 oktyabr 2019 13:46
632

Doqquz ayda 1 milyon 635,4 min ton dizel yanacağı istehsal olunub

Yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 635,4 min ton dizel yanacağı, 914,9 min ton avtomobil benzini, 202,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 460,1 min ton ağ neft, 95 min ton yanacaq mazutu, 17 min ton sürtkü yağları, 185 min ton neft bitumu və 189,1 min ton neft koksu istehsal edilib.

"İki sahil" xəbər verir ki, Dövlət Statistika Komitəsindəna verilən məlumata görə, 9 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 400,9 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1 faiz azalıb.

Neft məhsullarından sürtkü yağlarının, neft bitimunun, ağ neftin, neft koksunun istehsalı azalıb. Avtomobil benzininin, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə artıb.