23 iyul 2019 20:24
1444

Əli Kərimli haqqında deyilənlər: “Ölülərdən ölülər feyz alacaq”

“AXCP sədri Əli Kərimlidən hər cür alçaqlığı gözləmək olar” deyənlərin sözlərini təsdiq edən son hadisələr, “islahatçı sədr”in pul müqabilində etdiyi şərəfsizliklər biri-birindən utancvericidir. Səlahiyyəti çatmasa da partiyanın yaranmasının 30 illiyini qeyd edən Əli Kərimlinin buna haqqı olmadığını elə ətrafındakılar üzünə söyləyirlər. Biabırçı yubiley tədbirinə dəvət etdiyi əxlaqsızlarla eyni mərasimdə olmaq istəməyən partiya üzvlərinin sözlərini qulaqardına vuran Əli Kərimlinin bu hərəkəti sübut edir ki,  mənəviyyatı olmayan piyada sədrin üzvləri də elə özü kimi zay, çıxdaş ünsürlərdir.

Əvvəllər də AXCP-də qalmaqallarla müşaiyət olunan, mentalitetimizə uyğun olmayan əxlaqsızlıqları dəstəkləyən Əli Kərimlini bu hərəkətlərinə görə mənəviyyatsızlıq simvolu adlandıranların sözlərində həqiqət var. “İdeoloji tribunası” hesab etdiyi “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və başqalarının “Üç palma” macəraları, ondan sonra partiya daxilində baş verən əxlaqa zidd hadisələr hələ unudulmayıb.

Mənəvi cəhətdən yoxsulluğunu hər məqamda bildirən Əli Kərimlinin pis şakərlərindən biri də çörəyinin dizi üstündə olmasıdır. Sözdə özünə ustad qəbul etsə də, hələ sağlığında  Əbülfəz Elçibəy haqqında kompramat toplayan, onun əleyhinə  kampaniyalar təşkil edən, gözdən salmağa çalışan, hətta “ müəllimini” zəhərləməyə belə cəhd edən Əli Kərimli etibarsız, əqidəsiz, mənsəbpərəst kadr olduğunu çoxdan təsdiqləyib. AXC-ni parçalamaqla Əbülfəz Elçibəyin yaratdığı partiyanın möhürünü əldə edən, başqalarına qapı arxasını göstərən Əli Kərimlinin bəd əməllərinə növbəti etiraz silahdaşı  Razi Nurullayevin ona arxa çevirməsi oldu.

Azərbaycana düşmən mövqeyini ölkəmizlə bağlı hadisələr zamanı daha çox qabardan Əli Kərimli Keşikçidağ məsələsində də araqarışdırıcı, qızışdırıcı açıqlaması ilə bəd niyyətini ortaya qoydu. Utanmadan Azərbaycan Ordusunun əleyhinə özünə yaraşan tərzdə böhtan atan Əli Kərimli qaragüruhçu niyyətlərini sərgiləməkdən də xəcalət çəkmədi. Halbuki Əli Kərimlinin özü kimi satqın oğlu Türkelin əksinə olaraq Azərbaycan torpaqlarının müdafiəsində ayıq-sayaq dayanan sərhədçilərimiz xalqımıza yaraşan hərəkətləri ilə bir daha bildirdilər ki, ölkəmiz bölgədə sülhün, əmin-amanlığın yeganə qarantıdır.

Əli Kərimlidən fərqli olaraq bu hadisənin qərəzli tərəflərin ssenarisi əsasında törədildiyini  başa düşənlər bilirdilər ki, heç bir kənar qüvvə Azərbaycan və gürcü xalqları arasında olan, əsrlər boyu qorunan dostluğa xələl gətirə bilməz. Bu dostluğa xələl gəlməsini istəyən Əli Kərimli və onun Gürcüstanda yaşayan ermənipərəst yaxınlarıdır. Bu məqamda da ermənilərlə qan qohumluğu özünü göstərdi.

Formalaşdırdığı “ beşinci kolon”u, “mühacir biznesi” xəyanətkarlar yuvasına çevirən Əli Kərimlinin xarici ölkələrdə məskunlaşdırdığı satqınlardan da bəd xəbərlər gəlməkdədir.  Əli Kərimlinin “xoş güzəran” vədinə aldanaraq xarici ölkələrin mətbəxlərində məskunlaşan milli xəyanətkarların qrant üstündə biri-birinə atdıqları böhtanların da müəllifi Əli Kərimlidir. “Dovşana qaç, tazıya tut” misalına uyğun siyasət yeridən Əli Kərimli radikal düşərgədə olduğu kimi, xarici olkələrdə onun-bunun əlinə baxanlar, Vətəni bir parça çörəyə satanlar arasında ikitirəlik yaratmaqla onları özündən asılı vəziyyətə salır. Bu, da iblis niyyətin daha bir nümunəsi. Dahi Hüseyn Cavid belələri haqqında deyib: “ Ölülərdən ölülər feyz alacaq.” Artıq radikal düşərgədə hamı təsdiqləyir ki, Əli Kərimli bu camiənin diriykən ölü sayılan çıxdaş simasızıdır. Necə deyərlər, artıq fatihəsi oxunan Əli Kərimlinin radikal düşərgədə daşqalaq ediləcəyi gün də gələcək.

Xuraman İsmayılqızı, “İki sahil”