15 aprel 2019 11:50
1309

Ən yaxşı kosmetik vasitə: yuxu

Həyatımız boyunca gözəl görünmək üçün kosmetik vasitələrə, estetik əməliyyatlara və kollagen tərkibli qida vasitələrinə ciddi miqdarda pul və vaxt sərf edirik. Lakin bu qədər vaxt və pul sərf etmədən təbii olaraq gözəlləşməyin çox sadə bir yolu var: yuxu. Təbii ki, düzgün və sağlam rejimdə.

Yuxuda olan zaman dərimiz yenilənir

Gecələr qəbul etdiyimiz yuxunun norması və keyfiyyəti dərimizin ümumi sağlamlığına təsir göstərə bilər. Biz yuxuya gedən zaman bizim ən böyük orqanımız olan dərimiz özünü yeniləyir və toksinləri özündən kənarlaşdırır. Müxtəlif səbəblərə görə gündəlik normal yuxu rejimimizi pozmaq orqanizmimiz üçün ciddi təhlükələr yarada bilər.

Sıx dəri üçün

Yuxuya getdiyimiz ilk üç saat ərzində beynimiz hipofiz sinirlərindən HGH “Human Growth Hormone”, yəni insan inkişafı hormonları istehsal olunmağa başlayır. Bu hormon gənc görünüşlü, parlaq, sıx bir dəri və sağlam bir bədən üçün vacibdir. Bu hormon olmadığı təqdirdə, dərimiz gün ərzində aldığı zərərləri bərpa etməyə bilər. Beləliklə, yaşlanma prosesi sürətlənə bilər.

Yuxu zamanı melatonin hormonunun miqdarı da artır. Bu hormon bizim yuxu rejimimizi tənzimləyir və orqanizmi sərbəst radikalların zərərindən qorumaq üçün antioksidant kimi fəaliyyət göstərir. Sərbəst radikalların yetirdiyi zərər, erkən yaşlanmanın ilk və ən vacib səbəblərindəndir.

Əgər kifayət qədər yaxşı yatmasaq

Yuxu çatışmazlığı ucbatından qarşılaşdığımız ən mühüm problemlər bunlardır:

* Saç tökülməsi

* Quru və solğun dəri

* Göz ətrafında qaraltılar və qırışlar

* Kollagen sintezində azalma

* Tükənmişlik və yorğun görünüş

Gündəlik yuxu rejiminizi nizamlayın. Gündə 7-9 saat yatmağa çalışın.

Keyfiyyətli yuxu və melatonin hormonunun istehsal olunması üçün yataq otağınız qaranlıq olmalıdır. Şəhər mərkəzində və ya çox işıqlı bir yerdə yaşayırsınızsa yataq otağınızda qalın və tünd rəngli pərdələrə üstünlük verin.

Spirtli içki və siqaret kimi zərərli vərdişlərinizi nəzərdən keçirin. Məlum olduğu kimi, spirtli içki və siqaret yalnız yuxu keyfiyyətini pozmur, həm də ciddi sağlamlıq problemlərinə səbəb olur.

Gecə gec saatlarda qara çay, nanəli çay və qəhvə kimi stimullayıcı içkilərdən çəkinin.

Keyfiyyətli materiallardan hazırlanmış döşək və yastıq seçimi edin.

Dərinizi təmizləmədən heç vaxt yatağa girməyin. Sizə və dərinizə uyğun olan dəriyə qulluq məhsullarından istifadə edin.

Əgər yuxuya getməkdə çətinlik çəkirsinizsə lavanta, çobanyastığı və vanil tərkibli aromatlardan istifadə edə bilərsiniz.

Əgər yuxu vərdişlərinizi tənzimləməyə çalışdığınız təqdirdə hələ də problemlər yaşayırsınızsa, həkiminizə müraciət edin.

Röya Rasimqızı, “İki sahil”