14 iyul 2020 20:18
1223

Ermənistan Silahlı Qüvvələri Tovuzun yaşayış məntəqələrini atəşə tutmağa başlayıb

Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun yaşayış məntəqələrini və Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutmaqda davam edir.

APA-nın məlumatın a görə, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, bu gün saat 19.30-dan etibarən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrini və bölmələrimizin mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə yenidən intensiv atəşə tutmağa başlayıb.