19 sentyabr 2020 18:34
882

Gökhan Töre “Beşiktaş”da

İstanbulun “Beşiktaş” futbol klubu “Yeni Malatyaspor” komandasından ayrılan Gökhan Töreni transfer edib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Onun İstanbul təmsilçisində 70 nömrəli formanı geyinəcəyi bildirilir.

Təcrübəli futbolçu 2013-2019-cu illərdə də “Beşiktaş”ın heyətində yer alıb. Əvvəllər Türkiyə yığmasının heyətinə cəlb olunmuş G.Töre karyerası ərzində İngiltərənin “Çelsi”, “Vest-Hem Yunayted”, Almaniyanın “Bayer Leverkuzen”, “Hamburq”, Rusiyanın “Rubin” klublarında çıxış edib.

Ötən mövsüm “Yeni Malatyaspor”un heyətində 28 görüşdə meydana çıxan G.Töre 2 qol vurub və 5 məhsuldar ötürmə verib.