01 iyun 2020 17:39
978

“Google” təqdimatı təxirə saldı

“Google” şirkəti smartfonlar üçün yeni əməliyyat sisteminin təqdimatını təxirə salıb.

Trend-in məlumatına görə, “Android 11” əməliyyat sisteminin təqdimatı iyunun 3-də baş tutmalı idi.

Təxirə salmanın səbəbləri açıqlanmasa da, bu addımın ABŞ-da davam edən etiraz aksiyaları ilə atıldığı ehtimal edilir.

Təqdimat mərasiminin qeyri-müəyyən müddətə təxirə salındığı deyilir.