20 fevral 2020 12:54
1256

Hanauda ölənlərin sayı 11 nəfərə çatıb

Artıq məlumdur ki, Almaniyanın Hanau şəhərində atəşaçma nəticəsində 11 adam, o cümlədən bir qadın həlak olub.

Şəhərin mərkəzindəki qəlyan-barlardan birində törədilmiş cinayət yerində 9 meyit, daha sonra mənzillərdən birində 2 meyit aşkar edilib. Bildirilir ki, 5 nəfər yaralanıb.

Hələ təsdiqini tapmamış versiyaya görə, mənzildə aşkar edilmiş meyitlərdən biri cinayətkarın cəsədidir. Onun şəxsiyyəti barədə hələlik məlumat verilmir. //AZƏRTAC