20 fevral 2020 11:44
1437

Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

Fevralın 20-də UEFA Çempionlar Liqasının həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Qitənin ən nüfuzlu klub turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində keçirilən oyunlara görə həftənin ən yaxşı futbolçusu adına Erlinq Holland (“Borussiya Dortmund”, Almaniya), Renan Lodi (“Atletiko Madrid”, İspaniya), Hans Hatebor (“Atalanta”, İtaliya) və Huqo Loris (“Tottenhem”, İngiltərə) iddialıdırlar.