13 sentyabr 2023 15:42
230

Həkim: Valideynlər məktəb çantaları seçərkən diqqətli olmalıdır

“Valideynlər məktəb çantaları seçərkən diqqətli olmalıdır”.

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib.

Onun sözlərinə görə, ən çox tövsiyə olunan kürəyə asılan çantalardır: “Bəzən valideynlər ağır, bəzəkli çantalar alırlar. Məktəb çantaları bədən çəkisinin 10 faizindən artıq olmamalıdır. Bu, uşaqlarda assimetrik olaraq yüklənməyə və onurğa probleminin yaranmasına gətirib çıxara bilər”.