23 noyabr 2020 18:33
890

Hipnoz, yoxsa psixoloji təsir?

Söylənilən əfsanələrə görə hipnozçular qeyri-adi yüksək hissə sahib deyillər. Onlar sadəcə olaraq müxtəlif bilik və bacarıqlara sahibdirlər. Onlar bu bacarıqları ilə qarşılarında duran adama psixoloji təsir edir və onu rahatladırlar. Əgər hipnozçunun qarşısındakı adamın iradəsi zəifdirsə, bu zaman o, hipnozçunun təsiri altına düşəcək və özünü dahi bəstəkar və ya rəssam kimi hiss edəcək. Əgər bir adamı hipnozçu dahi şahmatçı olduğuna inandırsa, o 1 milyon dollarlıq uduş üçün mərcə girə bilər.

Bir çox Qərb ölkələrinin ulduzları hipnozçuların sehirli təsirə malik metodikalarından istifadə edir. Uzun illər əvvəl narkotiklə mübarizə aparan aktrisa Dryu Berrimor hipnozun köməyi ilə ondan xilas ola bilmişdi. "Black Eyed Peas" qrupunun solisti Ferjdi də alkoqolizmdən hipnoz vasitəsilə xilas olmuşdu.

Hipnozun qaydası

Böyük auditoriya qarşısında çıxış edən hipnozçu pambığı hər hansı mayeyə batırıb stolun üstünə qoyur və zala müraciət edir. O müraciətində zalda pis qoxu olacağını deyir və zaldakılardan kimin iyi hiss etdiyini bilməsi üçün həmin adamdan əlini qaldırmasını xahiş edir. Bu zaman əvvəlcə ön sırada oturanlar əllərini qaldırı, sonra isə arxa sırada oturanlar. Əslində arxada oturanlar heç bir iy hiss etmirlər. Onlar əllərini ön sırada oturanlara baxıb qeyri-iradi olaraq qaldırırlar.

Hipnoz altında olan adamlarda heç bir allergik reaksiya baş vermir. Bundan belə qənaətə gəlmək olar ki, allergiyanın baş verməsi beyinlə əlaqəlidir.

Avstriyada bank və zərgərlik sahəsində işləyənlər arasında hipnoz kursları həyata keçirilir. Bu kurslar onlara soyğunçularla necə rəftar etməyi öyrədir.

Hipnoz altına düşmək istəməyən heç kəsi məcburi olaraq hipnoz etmək olmur.

Statistikanın hesablamalarına görə hipnozdan ən çox sakitləşmək istəyənlər, depressiyadan müalicə olunmaq istəyənlər, alkoqolizmdən və narkotikdən əl çəkmək istəyənlər istifadə edir.

Hipnozu ilk dəfə 21-ci əsrdə ingilis cərrahı düşünüb. O hipnozdan cərrahi əməliyyatlar zamanı istifadə edilməsini məsləhət görüb.

Röya Rasimqızı, “İki sahil”