09 dekabr 2019 17:05
778

İnvestisiyanın məbləği açıqlanıb

İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində "ELBERG" MMC tikinti materiallarının istehsalı avadanlıqlarının istehsalı zavodu fəaliyyətə başlayacaq.

"Report" xəbər verir ki, müəssisənin nümayəndəsi Mayıs Qasımov bildirib ki, zavoda 12 mln manat məbləğində sərmayə yatıralacaq: "Avadanlıqların quraşdırılması prosesi davam edir, proses yekunlaşdıqdan sonra müəssisə istehsal fəaliyyətinə başlayacaq".

M.Qasımov əlavə edib ki, zavodun avadanlıqları Almaniya, Finlandiya və Türkiyədən gətirilib. Bu tip kompleks tikinti materiallarını istehsal edən zavod ilk dəfədir ki, ölkədə fəaliyyət göstərəcək. Zavodun bəzi avadanlıqları isə Yaponiyadan gətiriləcək".

Onun sözlərinə görə, zavod hər hansı bir tikinti materialları istehsalı zavodunu kompleks şəkildə tikmək potensialına malikdir: "Əsas hədəf Azərbaycan bazarı nəzərdə tutulur, bununla yanaşı qonşu ölkələrin bazarlarına da daxil olmaq istəyirik. Rusiya, Özbəkistanda quru qarışıqlar avadanlıqları zavodunu qurulması ilə bağlı hazırda danışıqlar aparılır".