24 fevral 2020 12:46
1165

İranda koronavirusdan ölənlərin sayı artıb

Bu gün İran İslam Şurası Məclisində (parlament) koronavirusun yayılması ilə əlaqədar qapalı iclas keçiriləcək.

İranın Səhiyyə naziri iclasa dəvət olunub. Nazir yaranmış vəziyyətlə bağlı görülən tədbirlər və qarşıda duran vəzifələr barəsində məlumat verəcək.

Bu gün Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur İranda koronavirusdan ölənlərin sayının 12-yə çatdığını bildirib.

Qeyd edək ki, profilaktiki tədbirlərin keçirilməsinə baxmayaraq virus yayılma məkanını genişləndirib. İranın Gilan, Mazandaran, Ərak, Qum vilayətlərində yoluxanların sayı daha çoxdur. //AZƏRTAC