13 mart 2020 17:18
1972

İsrail koronavirusu dərhal aşkarlayan cihaz hazırladı - VİDEO

İsrailin startup şirkəti olan “RADLogics”, kompyuter tomoqrafiya (KT) görüntülərinin təhlili əsasında koronavirusun (COVID-19) anında aşkarlanması üçün avtomatlaşdırılmış platformanın hazırlandığını elan edib.

Bu barədə “IT Business Week” nəşri yayıb. Nəşrin məlumatına görə, platforma süni intellektə əsaslanır. Diaqnozdan əlavə, nəticənin yüksək dəqiqliklə təyin edir və xəstəliyin necə getdiyini izləməyə imkan verir.

Tədqiqatlar Çin və ABŞ-dan olan 157 xəstənin məlumatları əsasında aparılıb. 400 görüntünü təhlil etmək üçün platformaya 30 saniyə lazım olub. //Azvision.az