13 yanvar 2020 17:00
718

İstanbul aeroportunda “Sleepod” kabinələri quraşdırılıb

Dünyanın ən böyük hava limanlarından biri olan İstanbul aeroportunda sərnişinlər üçün yeni xidmət istifadəyə verilib. Xüsusilə tranzit uçuşlarla İstanbulun yeni aeroportundan keçən sərnişinlər üçün “Sleepod” yataq şəraiti olan kabinələr quraşdırılıb.

AZƏRTAC hava limanının məlumatına istinadla xəbər verir ki, bu kabinələrdən bir saatlıq istifadə üçün 9 avro ödəmək lazımdır. Gigiyenik baxımdan təmizlik nəzərə alınaraq kabinələrdən istifadə edəcək hər sərnişinə birdəfəlik yataq dəsti də verilir.

Qeyd edək ki, bu sistem dünyanın bir çox hava limanında tətbiq edilir.