23 fevral 2019 12:17
887

Kelly həbs olunub

ABŞ-da əvvəllər 10 maddə üzrə cinsi zorakılıqda ittiham olunan müğənni R.Kelly həbs edilib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə Çikaqo polis idarəsinin rəsmi nümayəndəsi Entoni Qulyelmi "Twitter"də yazıb.

O, artistin hazırda həbs olunduğu, fevralın 23-də isə məhkəmə qarşısına çıxarılacağını bildirib.