04 mart 2021 13:52
1517

Kubomeduza yeniyetmənin ölümünə səbəb oldu VİDEO

Avstraliyanın Kvinslend əlayətində yerləşən yerli çimərliklərdən birində 17 yaşlı bir yeniyetməni kubomeduza sancıb. Qeyd edək ki, kubomeduza dünyada ən zəhərli canlılardan biridir. Onun toxunuşu iflicə, ürək tutmasına və insanın ölümünə səbəb ola bilər. Kubomeduzanın sancmasından sonra zərərçəkmiş oğlana  dərhal tibbi yardım göstərilib. BBC-in yaydığı məlumatlara görə, həkimlərin bütün səylərinə baxmayaraq, bir həftə ərzində  tənəffüs aparatına qoşulan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Avstraliyada oxşar hadisə 2006-cı ildə qeydə alınıb.Avstraliyanın şimal sahillərində xilasedicilər insanları kubomeduzalardan qorumaq üçün çimərliklər boyunca xüsusi torlar çəkirlər. Buna baxmayaraq, ölüm hadisələri qaçılmazdır.

Samirə Tağıyeva, "İki sahil"