31 may 2020 10:11
814

Litvada koronavirusdan ölənlərin sayı 70 nəfərə çatıb

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1670 nəfərə çatıb.

Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 299 min 428 nəfər müayinə olunub.

Məlumata əsasən, son sutka ərzində COVID-19 virusuna görə 5337 nəfərdən analiz götürülüb.

Ölkədə 70 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 1229 nəfər təşkil edib.

Litvada virusa yeni yoluxma hallarının artacağı istisna olunmur. //AZƏRTAC