20 yanvar 2020 14:39
1326

Magistratura və doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə

Bu ilin ilk 3 ayı ərzində magistratura və doktoranturaya qəbul imtahanlarının, eləcə də sınaq imtahanlarının vaxtı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 26-da doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan keçiriləcək. Fevralın 2-də isə magistraturaya qəbul olmaq istəyənlər kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı verəcəklər.
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının fevralın 23-də keçirilməsi nəzərdə tutulur.