18 aprel 2019 20:54
740

Makron Roma papasını Fransaya dəvət etdi

Fransa prezidenti Emmanuel Makron Notr-Dam kilsəsindəki güclü yanğından sonra Roma papası Fransiski Parisə dəvət edib.

Trend-in məlumatına görə, bu barədə E.Makron özü açıqlama verib.

O, Roma papası ilə telefonla danışdığını bildirib: “Mən onu səfərə dəvət etmişəm və o, uyğun zamanda səfər edəcək”.

Qeyd edək ki, aprelin 15-də Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.