05 mart 2020 10:26
2872

Mənzərəsi ilə heyran edən Antilop kanyonu - FOTO

Amerikanın Arizona əyalətinin şərqində yerləşən Antilop kanyonu görünüşü ilə turistləri valeh edir.

"İki sahil" xəbər verir ki, valehedici görünüşü ilə hər kəsi heyran edən Antilop kanyonu Arizonada yerləşir. Kanyona Antilop adının verilmə səbəbi avropalıların Amerikanı kəşf etdikdən sonra ərzidə antilopların yaşaması olub. Kanyon əyalətin ən sirli məkanlarından biri hesab olunur.

Min illər əvvəl mövsümi yağış və külək tərəfindən əmələ gəlib. Qırmızı qaya yuvası olan kanyon qum daşı divarlara və təbii işığa sahibdir. Genişliyi 8-12 fut olan dar keçidlərdə gəzən insanlar özlərini əsl macərapərəst kimi hiss edirlər. Üst kanyon adlanan hissə əyalətin ən populyar məkanıdır. Çünki günəş ən çox bu hissəni işıqlandırır. Kanyon oktyabr və mart ayları arasında saat 11:00 ilə gecə 01:00 radələrində ziyarət edilməsi məsləhət görülür.

Həddindən çox turist olduğuna görə artıq foto turlara icazə verilmir. Lakin insanlar özləri ilə fotoaparatlarını və kameralarını götürə bilərlər. 

Antilop kanyonu səyahətçilər və fotoqraflar tərəfindən çox axtarılan təbii bir quruluşdur. Navaho xalqı üçün də gəlir mənbəyidir. Qeyd edək ki, kanyonlara yalnız bələdçilərlə turlar vasitəsi ilə ziyarət edilə bilər, müstəqil ziyarət etmək mümkün deyil. Buna səbəb, musson mövsümündə yağan yağışların tez bir zamanda kanyonda basqınına səbəb ola bilməsidir. Gün işığının zirvəyə çatdığı günlərdə fotoşəkillərin çəkiləcəyi xüsusi turlar üçün sifariş etmək də mümkündür. Bu fərdi turlarda orta hesabla 6 fotoqrafdan ibarət kiçik qruplar yaradılır və turlarda iştirak edənlərə 2 saat, fotoqrafla olan turunun iştirakçılarına əlavə 1 saat vaxt verilir.