25 yanvar 2021 14:31
1135

Məşhur filmin prodüseri vəfat edib

Məşhur italiyalı kinoprodüser Alberto Qrimaldi 96 yaşında dünyasını dəyişib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, o, 1997-ci ildə köçdüyü ABŞ-ın Florida ştatının Mayami şəhərində vəfat edib.

Qeyd edək ki, A.Qrimaldi, ilk növbədə, “Parisdə sonuncu tanqo”, “Yaxşı, pis, zalım” və “Nyu-Yorkun bandaları” filmləri üzərindəki işi ilə məşhurlaşıb. Prodüserin əməkdaşlıq etdiyi rejissorlar arasında Bernardo Bertoluççi, Federiko Fellini, Sercio Leone, Martin Skorseze olub.