03 iyun 2020 14:29
1222

Məşhurlar haqqında bunları bilirdinizmi?

Leonardo da Vinçi
  Elm və sənət sahəsində məşhurlaşan Leonardo da Vinçi  bir vegeterian və heyvan haqlarının müdafiəçisi idi. O, qəfəsə salınan quşları alır, sonra da azadlığa buraxırdı.

Merlin Monro

1962-ci il avqustun 5-də dünya şöhrətli Hollivud ulduzu Merilin Monronun meyiti öz yatağında tapıldı. İlkin araşdırmalar onu deməyə əsas verirdi ki, Merilin Monro yüksək dozada həblər qəbul edərək intihar etmişdir. Amma bu versiyanın həqiqətə nə dərəcədə uyğun olması hələ də sirr olaraq qalır.

Nikolay Qoqol
Məşhur rus yazıçısı Nikolay Qoqol qapalı məkanlardan, müalicəsiz xəstəliklərdən çox qorxurdu. Qidalara  xüsusi diqqət etdiyi üçün tədricən yeməkdən imtina edir, sürətlə arıqlayırdı. Dahi yazıçının ölümünün əsas səbəbi də hədsiz arıqlamağı olub.

Lüdviq Van Bethoven

  Məşhur alman bəstəkarı Lüdviq Van Bethovenin ölümünün səbəbi «Cam Armonika» (Klassharmonika) adlanan bir musiqi aləti idi. Bu alətin 18 əsrdə Benyamin Franklin  mexaniki versiyasını icad etmiş və «armonica» (armonika) adını qoymuşdur. İtalyanca «armonica» harmoniya deməkdir. Barmaqların isladılmasından sonra fırlanan bu qurğu, üzərindəki stəkanlara sürtünərək səs çıxararmış. Bethovenin güllədən zəhərlənərək öldüyü onsuz da məlum idi, ancaq bu zəhərlənməyə çay balıqlarının səbəb olduğu ehtimal edilmişdi. Halbuki, Bethoven  xəstələnməzdən öncəki vaxtlarında klassharmonika ilə həddindən artıq çox məşğul olmuşdu. Hansı ki, bu alət sağlamlıq baxımından çox təhlükəli olan gülləli şüşədən hazırlanmışdı. İnsanların havalanmasına və ölümünə səbəb olan bu alət sonradan qadağan edilmiş, gülləli şüşə əvəzinə kristal şüşə istifadə olunmağa başlanmışdır.

Adolf və Rudolf Dassler qardaşları
  Dünyanın ən məşhur idman markalarından olan “Adidas”və “Puma”, əslində II Dünya müharibəsindən əvvəl eyni ayaqqabı fabrikini işlədən, amma müharibədən sonra küsərək bir-birindən ayrılan və fərqli fabriklər yaradan iki qardaşa aiddir. Qardaşlardan Adolf Dassler  “Adidas” adı altında işini davam etdirmiş, Rudolf Dassler  isə “Pumanı” yaratmışdır. Hər ikisinin də mərkəzi Almaniyanın Herzogenaurach şəhəridir.

İsaak Nyuton
  Məşhur ingilis alimi, fizik İsaak Nyutonun ölümündən sonra, şəxsi qeydləri arasından onun kimya, astrologiya və gizli elmlər haqqında yazılmış minlərlə səhifədən ibarət qeydləri tapılmışdır.

Giacomo Kazanova
  XVIII əsrdə macərapərəstliyi və eşqbazlığıyla məşhur olan, politikadan fəlsəfəyə, casusluqdan sehrbazlığa qədər əlindən hər iş gələn və adı bugünümüzə miras qalan italyan  Kazanova ömrünün son illərini, sevilmədiyi bir qalada kitabxanaçı kimi yaşamış və səssiz-səmirsiz dünyadan köçmüşdür.

Kleopatra
  Qədim Misirin kraliçası Kleopatra düz doqquz dil bilirmiş.

Matthev Birchinger
  XIX əsrdə «Nuremberqli kiçik adam» kimi tanınan Matthev Birchinger adlı bir adam dörd musiqi alətində tam qüsursuz çala bilir, çox ustalıqla xəttatlıq edir,  kimsənin baş aça bilmədiyi sehrbazlıq oyunları çıxarırdı. Təəccüblüsü odur ki, bu adamın qolları və beldən aşağısı yox idi. Boyu isə cəmisi 73 sm idi.

Artur Konan Doyl
  Məşhur detektiv yazıçı, "Şerlok Holms" əsərinin müəllifi Artur Konan Doyl  əslində bir göz həkimi imiş.
 

Mahatma Qandi
   Hindistan müstəqillik hərəkatının siyasi və ruhani rəhbəri Mahatma Qandinin  ilk vətəndaş oyanışı, düşünüldüyü kimi Hindistanda deyil, Cənubi Afrikada baş vermişdi.
Burada işlədiyi illərdə, ağ olmayan irqlərə qarşı göstərilən ayrı-seçkilikdən bir hindli kimi o da öz nəsibini almışdı. Bir gün qatarla səfər etdiyi zaman, birinci yerə bileti olduğu halda üçüncü yerə keçirilmiş və o, etiraz edərkən qatardan bayıra çıxarılmışdır. Bu kimi hadisələr siyasi baxımdan onun üçün bir dönüş nöqtəsi olmuşdur. Qandi ilk dəfə Cənubi Afrikada yaşayan hindlilərin vətəndaş haqları uğrunda mübarizə aparmışdır.

Aleksandr Borodin
  Dünya şöhrətli rus bəstəkarı Aleksandr Borodin əsasən kimyaçı alim idi. O, ömrünün sonunadək hər iki sənətini bir arada inkişaf etdirməyə çalışıb.

Samirə Tağıyeva

“İki sahil”