08 iyul 2020 13:25
813

“Milan”da həm prezident, həm,məşqci, həm də futbolçuyam 

“Milan”da mövsümün əvvəli olsaydım çempion olardıq.

İki sahil xəbər verir ki bunu "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasının 31-ci həftəsində "Yuventus"la ev oyunundan sonra "Football Italia"ya açıqlamasında bildirib: "Mən “Milan”da prezident, məşqçi və futbolçuyam! Yeganə mənfi tərəfi odur ki, mənə yalnız oyunçu olduğum üçün pul ödəyirlər. Mövsümün əvvəlindən burada olsaydım, çempionluğu qazanardıq."

Qeyd edək ki, 38 yaşlı futbolçu "Yuventus"la oyunda bir qol bir də məhsuldar ötürmə müəllifi olub.