23 yanvar 2021 18:58
681

Millimiz seçmə mərhələnin oyunlarını Belçikada keçirəcək

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.

"İki sahil" xəbər verir ki, yığmamızla bərabər Norveç, Belçika və Lüksemburq komandalarının yer aldığı 3-cü qrupun oyunları Belçikada baş tutacaq.

Qeyd edək ki, oyunlar 5-12 oktyabr tarixlərində təşkil olunacaq.