10 yanvar 2020 15:25
813

Moskvada erməni əsilli həkim barəsində cinayət işi açılıb

Moskvada erməni əsilli həkim Marina Sarmosyan barəsində cinayət işi açılıb.

Moskvadakı 27 saylı Doğum evinin baş həkimi Marina Sarmosyan barəsində cinayət işi açılıb. O, qadağan edilmiş doğuş metodundan istifadə etməkdə təqsirli bilinir.

Cinayət işinin materiallarına əsasən, Sarmosyanın rəhbərlik etdiyi tibb müəssisəsində son zamanlar doğuşa səhv yanaşma nəticəsində bir körpə ölüb, üç körpə isə zədəli doğulub, onlardan biri hələ də koma vəziyyətindədir. Doğum evində qadağan edilmiş “Kristeller” – dölün sıxılaraq ana bətnindən çıxarılması metodundan istifadə edilib.

“Bizness FM” radiostansiyasının məlumatına görə, M.Sarmosyan xəstəxanaya bir il əvvəl baş həkim təyin edilib və dərhal erməni milliyyətindən olan tibb personalını ətrafına toplayıb. Əvvəlki peşəkar həkim briqadasını isə xəstəxanadan uzaqlaşdırıb. //AZƏRTAC