27 yanvar 2020 16:44
1407

Müşfiq Məmmədli: Biz birlikdə güclüyük - FOTO

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Müşfiq Məmmədli 3-cü məhəllədə bir qrup seçici ilə görüşüb, ərazidə keçirilən yas mərasimində iştirak edib.

Görüşdə çıxış edən Müşfiq Məmmədli deyib ki, ölkəmizin inkişafına təkan verən islahatlar proqramı Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına inam və etibarının daha da möhkəmlənməsinə yol açıb. M.Məmmədli ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdıqlarını vurğulayıb.

Ona göstərilən yüksək etimada görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkürünü bildirən deputatlığa namizəd növbəti dönəm üçün Milli Məclisə seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb, parlamentin işində fəal iştirak edəcəyini deyib.

Çıxışında ölkədə uğurlu gənclər siyasətinin həyata keçirildiyini də bildirən M.Məmmədli gənclərin dövlət başçısının ətrafında sıx birləşdiyini və Onun siyasətini dəstəklədiklərini vurğulayıb.

Görüşdə çıxış edən sakinlər M.Məmmədliyə uğurlar arzulayıblar. Tədbir iştirakçıları 9 fevral seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Orxan Vahidoğlu, “İki sahil”