10 oktyabr 2019 10:49
73

Naxçıvan Bölməsinin biblioqrafik göstərici işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin 2018-ci ilin biblioqrafıq göstəricisi çap olunub.

“İki sahil” xəbər verir ki, Bölmənin Elmi-təşkilat şöbəsində tərtib edilən biblioqrafiyada qurum əməkdaşlarının ölkəmizdə və xaricdə işıq üzü görən monoqrafiyaları, kitabları, tezisləri, jurnallarda, toplularda, eləcə də dövrü mətbuatda dərc edilən məqalələri, tərcümələri, o cümlədən internet resursları verilib. “Köməkçi göstəricilər” adlı bölmədə əsər başlıqları, müəlliflərin əlifba göstəriciləri yer alıb.

Qeyd edək ki, 2018-ci ildə əməkdaşların 23 monoqrafiyası, 15 kitab, 4 kitabça, 3 metodik vəsait, 768 elmi məqalə, 7 tezis olmaqla 820 elmi əsəri nəşr edilib. 498 elmi məqalə beynəlxalq kodlu nüfuzlu jurnallarda çapdan çıxıb.

Biblioqrafik göstəricidə 843 mənbə əksini tapıb ki, onlardan 39-u kitab və monoqrafiya, 663-ü məqalədir (162-sı xaricdə). Elmi məqalələrdən 48-i impakt faktorlu jurnallarda dərc olunub.