09 aprel 2020 18:48
1076

Naxçıvan şəhərində aparılan dezinfeksiya və tibbi profilaktik tədbirlər davam etdirilir - FOTO

Muxtar respublikanın şəhər və rayonlarında yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə aparılan dezinfeksiya və tibbi profilaktik tədbirlər davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dezinfeksiya işləri Naxçıvan şəhərinin Babək, Atabəylər, Əlincə məhəllələrindəki yaşayış binalarını, onların zirzəmilərini, həmçinin məhəllə yollarını da əhatə edib.

Muxtar respublika paytaxtının Kazım Talıblı küçəsində və Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının ərazisində də dezinfeksiya işləri aparılıb. Parkın ərazisində uşaqlar üçün yaradılan əyləncə attraksionları, oturacaqlar və səkilər dezinfeksiya olunub. Görülən işlər Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin iştirakı ilə və xüsusi təyinatlı avtomobillərlə aparılıb. Dezinfeksiya işlərinin daha keyfiyyətli və sürətli aparılması üçün xüsusi təyinatlı avtomobillərə xüsusi avadanlıqlar quraşdırılıb.

Qeyd edək ki, muxtar respublikada bu istiqamətdə tədbirlər davam etdirilir.