13 sentyabr 2019 21:21
1114

Yaponiyada Dr. Pərvin Gözəlovun “Naxçıvan xanlığına məxsus üç bayrağ” kitabının ingilis diində təqdimatı olub FOTO

Yaponiyanın Kiyoto şəhərində 1-7 sentyabr 2019-cu il tarixində keçirilən Beynəlxalq Muzeylər Şurasının (İCOM) 25-ci Baş Konfransında, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İB-nin Sədrin birinci müavini, İdarə Heyyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, bayraqşunaslıq və heraldika mutəxəsis Pərvin Gözəlov Azərbaycanı təmsil edib. Beynəlxalq Muzeylər Şurasının (İCOM) tərkibindəki, İdarə Heyyətinin üzvü olduğum Beynəlxalq Komitənin Kiyoto Milli Muzeyində keçirilən iclasında “Naxçıvan xanlığına məxsus üç bayraq” ingilis dilində olan kitabım tərəfimdən Beynalxalq ictimayyiətə təqdim edildi. Kitabın nüsxələri muzeyin kitabxanasına və Beynəlxalq Komitəyə, o cümlədən, Beynəlxalq Muzeylər Şurasının Prezidentinə və İdarə Heyyətinin üzvlərinə təqdin olundu. Beynəlxalq Muzeylər Şurasının 41.677 min muzey və aidiyyatlı sahələrin mütəxəsisləri, 3009 min institusional üzvləri, 138 ölkə və ərazilər təmsil olunur, onlardan 118 Milli Komitə və 30 Beynəlxalq Komitələr təşkil edir. Beynəlxalq tədbir iştirakçılarına bildirilmişdir ki, Naxçıvan xanlığının XVIII-XIX əsrlərə aid üç bayrağı 2015-ci ildə tərəfimdən aşkar edilərək elmi dövriyiyə salınmışdır. Belə ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Artilleriya Hərbi-Tarix, Raket və Rabitə Qoşunları Muzeyinin fonduda saxlanılan, Naxçıvan xanlığının iki bayrağı tərəfimdən müəyyən edilmişdir. Bayraqlardan biri Naxçıvan xanlığının “Dövlər bayrağı”, üzərində səkkizgüşə ulduz və aypara kompozisiyası və dini yazılar əks edilən bayraqdır. Muzey fondunda saxlanılan ikinci bayraq isə, xanlığın “İki rəngli” yaşıl və qırmızı zolağlı üzərində səkkizgüşəli ulduz rəmzi olan “döyüş” bayrağıdır. Naxçıvan xanlığının üçüncü “müttəfiq-döyüş” bayrağ isə “Dövlət Ermitajı” muzeyinin fondunda saxlanılan Kitab-albomdan aşkar edilmişdir. Sozu gedən “muttəfiq-döyüş” bayrağı, 1812-ci il 19-20 oktyabr tarixində Rus-Fars Aslandüz döyşündə müttəfiq kimi iştirak edən Naxçıvanlı Kərbalı xanın oğlu Hüseyn Qulu bəyin əsir düşdüyü vaxt qənimət kimi götürülmüşdür. Beləliklə, Yaponiyada keçirilən mötəbər Beynəlxalq tədbirdə, 130 dövlətdən gələn mədəniyyətin müxtəlif sahələrini təmsil edən nümayyəndələr iştirak ediblər. Azərbaycan Dövlətinin qədim Dövlətçilik ənənələrinə malik olduğu, şərəfli Dövlətçilik tariximizi əks etdirən və xarici muzeylərdə qorunan materiallar barədə tərəfimdən xarici mütəxəsislərə ətraflı məlumat təqdim edilmişdir.