21 may 2019 09:44
730

Nazirlik: Kondisioner alarkən məkana uyğun model seçin

Kondisioner alarkən qızdırmaq və ya soyutmaq istədiyiniz məkanın sahəsinə uyğun bir model seçilməsi vacibdir.

"İki sahil" Energetika Nazirliyinə istinadən bildirir ki, məkana görə kiçik olan kondisioner bir qayda olaraq otağı lazım olan temperatura çatdıra bilmir və mütəmadi işlədiyi üçün elektrik sərfi artır.

Məkana görə böyük kondisioner isə otağı birdən soyudur və kompressor tez-tez qapandığı üçün enerji sərfi çoxalır.