27 oktyabr 2020 17:26
642

Nepalda COVID-19-a yoluxanların sayı 160 mini ötüb

Nepalda sutka ərzində COVID-19 virusuna 570 yoluxma qeydə alınıb. Bununla da ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 160 mini ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, Nepalda ötən sutka ərzində virus səbəbindən 14 nəfər həyatını itirib. Beləliklə, ölkədə pandemiya qurbanlarının sayı 876-ya çatıb. Hazırda Nepalda 40 mindən çox aktiv xəstə var.

Qeyd edək ki, Nepalda pandemiyanın ilk vaxtlarında çox az sayda yoluxmalar olurdu. Amma iyulun son günlərindən başlayaraq yoluxma sayında davamlı artım müşahidə edilir. Əhalinin sıx yaşadığı ərazilərdə, o cümlədən paytaxt Katmanduda, Pokhara şəhərində və ölkənin cənubundakı yaşayış məntəqələrində yoluxma sayı sürətlə artır. Gündəlik ən çox yoluxma isə (5743) oktyabrın 21-də qeyd alınıb.