02 mart 2017 23:07
12448

Evdə dəfnə yarpağı yandırmaq olarmı?

Hər bir ev bir qoxuya sahibdir. Kiminin evi ətir qoxur, kiminin ki kofe, bəzilərində isə yemək qoxusu və ya isti süd qoxusu gəlir. Lakin elə bir evlər var ki, qeyri -adi təravətli və təmizlik qoxusu gəlir. Belə olduqda insan özünü rahat hiss edir, lakin bu qoxu süni hava təmizləyicilərin ətridir.

Bəzi insanlar qədim yunanların və romalıların üsullarından istifadə edirlər. Onlar dəfnə yarpağını təkcə yeməklərdə deyil, yaşayış sahələrində xoşagəlməz qoxunun və nəmişliyin aradan götürülməsi üçün də istifadə edirdilər. Bunun üçün onlar dəfnə yarpağını yandırırdılar.

Bundan başqa, belə bir prosedur təkcə pis qoxunu aradan qaldırmaq üçün deyil, həmçinin bir neçə xəstəliyin qarşısını almaq və əhval - ruhiyyəni yaxşılaşdırmaq üçün də istifadə olunur. Təsdiq olunub ki, dəfnə yarpağı ətri orqanizmdə sakitləşdirici və ağrıkəsici  xassəyə malikdir.

Dəfnə yarpağı epilepsiya xəstəliyinin qarşısını alır, streslə mübarizə aparır, yorğunluq və yuxusuzluğu aradan götürür. Çünki bu da  yarpağın tərkibində sineol və spesifik efir yağları mövcuddur ki, nəfəs yollarını açır və bütün bədənə rahatlıq verir.

10 dəqiqədən sonra özünüzdə rahatlıq effektini görmək istəyirsinizsə, o zaman bir neçə  dəfnə yarpağını yandırın. Bir neçə dəqiqədən sonra siz bütün otağı bürüyən xoşagələn ətir hiss edəcəksiniz. 

Bitkinin ovsunlayıcı xassəsini hələ qədim dövrlərdən müşahidə ediblər. Dəfnə yarpağının xeyirlərini saymaq çətindir. Onu mətbəxdə, məişətdə, müalicə məqsədi ilə və digər sahələrdə istifadə edirlər. Bax elə buna görə də, bu mükəmməl bitkini hər zaman evdə saxlamaq lazımdır.

Hindistan alimləri apardıqları araşdırmadan belə bir nəticəyə gəliblər ki, qəzetə bükülü qida məhsulları zərərlidir. Ekspertlər bildiriblər ki, qəzetləri qida məhsulunu sarımaq üçün istifadə etmək olmaz, çünki bu ciddi zəhərlənməyə səbəb ola bilər.

Alimlər belə bir nəticəyə, çap üçün istifadə olunan boyaların tərkibini tədqiq etdikdən sonra gəliblər. Belə boyaların tərkibi zərərli kimyəvi maddələrədən ibarət olur, hansı ki, orqanizmə daxil olduqda azda olsa mədə rahatsızlığına səbəb ola bilər. Belə bir maddənin çox olması isə orqanizmin zəhərlənməsinə gətirib çıxara bilər.

Qəzetdən əsasən fəst fud bağlamaları üçün istifadə olunur. Alimlər bildiriblər ki,  ən düzgün şəkildə hazırlanan qidanın içində azacıq boya hissəsinin olması qidanı korlaya bilər. Bundan başqa, qəzet qida bağlaması üçün deyil, oxumaq üçündür.