01 noyabr 2017 17:59
580

SKMF 96 milyon 496,4 min manat güzəştli kredit verib

Yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 1270 layihənin icrası üçün 96 milyon 496,4 min manat məbləğində güzəştli kredit verib.

AZƏRTAC SKMF-yə istinadla xəbər verir ki, bu müddətdə 1228 layihənin reallaşması üçün ayrılan 13 milyon 394,9 min manat kiçikhəcmli kreditləri, 17 layihənin icrası üçün 4 milyon 594 min manat ortahəcmli kreditləri, 25 layihənin icrası üçün 78 milyon 507,5 min manat isə böyükhəcmli kreditləri əhatə edib.

Doqquz ayda sahibkarlara verilən kreditlərin 2,8 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalına, 0,4 faizi kənd təsərrüfatı məhsullarının emalına, 96,2 faizi kənd təsərrüfatı məhsullarının istehsalına, 0,4 faizi turizmin inkişafına, 0,2 faizi xidmət (infrastruktur) sahələrinin inkişafına yönəldilib.

SKMF tərəfindən ayrılan güzəştli kreditlər hesabına 3 881 yeni iş yeri yaradılacaq.