20 noyabr 2019 16:06
1149

Nizami rayonunda təbii qazın verilişində fasilələr müşahidə olunur

Bakının Nizami rayonunda qazın verilişində fasilələr müşahidə edilir.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, noyabrın 20-də Nizami rayonunda “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənir. Nizami rayonunda qazın verilişində fasilələr müşahidə olunur.