19 sentyabr 2020 23:43
683

Özbəkistanda daha 640 yoluxma

Son sutka ərzində Özbəkistanın 8 regionunda COVID-19-a 640 nəfər yoluxub. Beləliklə, pandemiya dövründə Özbəkistanda virusa yoluxanların sayı 50 min 634 nəfər olub.

“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki,  Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son gündə infeksiyadan 6 xəstə dünyasını dəyişib. Xəstəxanalarda 3566 xəstə var, onların 489-nun vəziyyəti ağır, 254-nün vəziyyəti isə kritikdir.