18 fevral 2020 15:31
1293

Pamela Andersonun xəyanət tövsiyəsi dəyərləndirilməlidir - FOTO

Ötən əsrin 90-cı illərinin ən simvolik adlarından biri təbii ki, Pamela Anderson idi. “Sahil Mühafizəsi” serialının ulduzu Pamela Anderson  həmin dövrün insanlarını  heyran edə bilib.

“İki sahil” xəbər verir ki, yanvar ayında 74 yaşlı həyat yoldaşı Jon Peters ilə evlənən və 12 gün sonra boşanan P.Anderson sosial media hesabından maraqlı etiraflar edib.

Anderson bu fikirləri paylaşıb: “Xəyanətə uğramaq, heç vaxt güvənməməkdən yaxşıdır. Məyus olmaq sevməməkdən daha yaxşıdır. Heç vaxt ağrıdan qaçmayın, icazə verin yaşansın və keçsin. Beləliklə, növbəti pilləyə keçmiş olacağıq.”