28 yanvar 2020 21:01
1014

Parisin şimalındakı miqrant düşərgələri köçürülüb

Parisin şimal-şərqindəki böyük miqrant düşərgəsi polis əməkdaşları tərəfindən təxliyə edilib.

Obervilyedə çadır düşərgəsində məskunlaşmış miqrantlar avtobuslarla İl-dö-Frans regionundakı qəbul mərkəzlərinə aparılıblar. Miqrantların təxliyəsi Paris və İl-dö-Fransa polis prefekturalarının birgə əməliyyatı ilə həyata keçirilib. Polis prefekturasının məlumatına əsasən, düşərgədə 1436 miqrant var. Miqrantların Obervilye qapısında yenidən məskunlaşmaması üçün müəyyən tədbirlər görüləcək və həmin məkana daimi nəzarət ediləcək.

Qeyd edək ki, iki ay əvvəl Şapel qapısına yaxın çadır düşərgəsindən 1600 miqrant köçürülmüşdü. Həmin vaxt Fransanın Daxili İşlər naziri 2019-cu ilin sonuna qədər Parisin şimal-şərqindəki bütün miqrant düşərgələrindəki şəxslərin təxliyə ediləcəyini bildirmişdi. //AZƏRTAC