27 yanvar 2021 18:57
771

Paşinyan öz nümayəndəsini Sünikə göndərib

Ermənistanın baş naziri Nikol Paşinyan Tiqran Avinyanı Sünik vilayətinə ezamiyyətə göndərib.  

“İki sahil” erməni mediasına istinadla xəbər verir ki, baş nazir müavininin Sünikə səfərinin əsas məqsədi işçi görüşlər keçirməkdir.  Bu haqda xəbər hökumət başçısının rəsmi internet saytında yerləşdirilib. “Spitnik-Ermənistan” yazır ki, Qarabağda müharibədən sonra  Azərbaycan və Ermənistan arasında sərhərdlərin dəqiqləşdirilməsi prosesi keçirlir. Bu məsələ Sünikdə bəzi narazılıqlar yaradıb. Məsələ ondadır ki, dəqiqiləşdirmələrdən sonra bir çox ərazilər, o cümlədən Gorus-Qafan yolu Azərbacyan ordusunun nəzarətinə düşüb. Baş nazir müavininin David-Bek, Vorotan və Şurnux kəndlərində olacağı gözlənilir.