11 dekabr 2019 17:06
907

PSJ Neymarın transfer qiymətini aşağı saldı

PSJ Neymarı daha ucuz qiymətə sata bilər.

Milli.Az xəbər verir ki, Paris təmsilçisi artıq 27 yaşlı hücumçunu 300 milyon deyil, 180 milyon avroya buraxmağa hazırdır.

"Barselona" yay fasiləsində Neymarı geri qaytarmağa cəhd etsə də, tərəflər transfer məbləğində razılığa gələ bilməyiblər.

Neymar 2 il əvvəl "Barselona"dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.